00:00:00
Yazar
Admin User
05.09.2025 14:15 101 2 dəq oxuma
İdman

"Montellanı ən qısa zamanda Türk vətəndaşı edəcəyik"

"Montellanı ən qısa zamanda Türk vətəndaşı edəcəyik"

 

TFF Prezidenti İbrahim Hacıosmanoğlu, Vincenzo Montella-nın qısa müddət ərzində Türk vətəndaşı olacağını açıqlayıb.

 

A Milli Futbol Komandamız, 2026 FIFA Dünya Kuboku Avropa Seçmə mərhələsi E qrupunun ilk oyununda Gürcüstanı 3-2 hesabı ilə məğlub edib.

TFF Prezidenti İbrahim Hacıosmanoğlu qarşılaşmadan sonra açıqlamalar verib.

 

Gürcüstan səfərindən qələbə ilə dönmələrindən məmnun olduğunu bildirən Türkiyə Futbol Federasiyasının Prezidenti İbrahim Hacıosmanoğlu deyib:

“Buradan aldığımız 3 xal çox önəmlidir. Əsas olan okeanda yaxalandığınız fırtına deyil, gəminin limana gəlib-gəlməməsidir. Bəli, oyun ərzində fırtınaya düşə bilərik,amma nəticədə 3 xalı alıb buradan gedirik. 9 yaşlı qızımın təmiz qəlbinə inanıram. Macarıstan oyununun nəticəsini bilib. İnşallah Konyada İspaniyanı yenib zəfərlə dönərik”.

 

“Bu mühitə çomaq soxmağa çalışanlar Türk deyil”.

 

Bir müddətdir yaşanan polemikalar barədə də danışan Hacıosmanoğlu bildirib:

“Mənim lüğətimə yaraşsaydı işlədəcəyim söz hazırdır, amma federasiya Prezidenti olduğum üçün işlədə bilmirəm. Tarixin ən keyfiyyətli və ən dəli heyəti deyirəm. Məşqçiyə buradan sizin hüzurunuzda bir daha təşəkkür edirəm. Çox gözəl bir kollektiv ab-havası var. O kənardakı söz-söhbətlər, bu işə çomaq soxmağa çalışan insanlar həqiqətən Türk deyil. Çox gözəl bir ailə mühiti var. Adı çəkilən futbolçularla bağlı da onların səmimiyyətini görsəniz… Futbolda dəyişikliklər olur. Bu gün heç Trabzonspor-un kapitanı, “Trabzonspor”-dan heç yerə getməz deyilirdi, amma o gedib.Futbolçu hər zaman klubunu dəyişə bilər. Dünya Kubokuna 24 ildir qatıla bilmirik. Belə bir oyun öncəsi bu polemikaları yaratmaq ancaq vətən xainlərinə yaraşar. Ona görə çox gözəl bir hava var. Bu havanı yaradan da, bu mühiti təmin edən də məşqçimizdir. Nazirimizlə də danışdıq. Daxili İşlər Nazirimizlə də danışacağıq. Ən qısa zamanda Montellanı Türk vətəndaşı edəcəyik. Ailə mühiti ömür boyu davam edəcək. İnşallah bu millətə yaraşan, 24 ildən sonra Amerikaya gedib orada da uğurlu olmaqdır”.

 

Hacıosmanoğlu Gürcüstan oyunu öncəsi Vincenzo Montella-nın soyunma otağında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı zəng edərək Konyada keçiriləcək İspaniya oyununa dəvət etdiyini də bildirib.

 

TRT XƏBƏR

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər