00:00:00
Yazar
Səadət Əlizadə
01.05.2026 18:51 15 1 dəq oxuma
İdman

Montiel üçün mövsüm erkən bitib

Montiel üçün mövsüm erkən bitib

“Qarabağ”ın "Neftçi" ilə oyunda zədələnən futbolçusu Joni Montiel əməliyyat olunub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

 

Onun sözlərinə görə, ayaq barmağı sınan və bu gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək. Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.

 

Xatırladaq ki, Montiel Misli Premyer Liqasının 21-ci turunun təxirə salınan “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnib. O, birbaşa xəstəxanaya aparılıb.

#baki #yeni #montiel #mövsüm #bitib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər