00:00:00
Yazar
Zəhra Həsənova
22.06.2026 18:32 23 2 dəq oxuma
Siyasət

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb - ŞƏRH

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb - ŞƏRH

Ukrayna Silahlı Qüvvələri Rusiyanın paytaxtı Moskvaya növbəti dəfə genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, son zamanlar, Ukrayna Moskva və ətraf ərazilərə hücumları intensivləşdirib:

 

"Rusiya müharibənin ağırlığını hiss eləməyə başlayır. Ukraynanın müdafiə naziri Mixaylo Fedorov nazir vəzifəsinə təyin olunandan sonra Ukrayna strateji təşəbbüsü ələ almağa başlayıb və o adam əslində hərbiçi deyil. O adam daha əvvəl informatika kommunikasiya texnologiyaları sahəsində, rabitə sahəsində çalışıb və görünür ki, müasir texnologiyalardan istifadəni yaxşı bacarır və indiki müharibədə də görürük ki, daha çox texnoloji vasitələrdən, o cümlədən, dronlardan istifadə olunur. Müharibə başlayanda müdafiə naziri Aleksey Reznikov idi. Ondan sonra Rustem Umerov oldu. Düzdür, onların da nazir olduğu dövrlərdə müəyyən əməliyyatlar keçirilib. Amma artıq dönüş nöqtəsi, məncə, yaranıb və bu xeyli dərəcədə Fedorovun xidmətləri ilə bağlıdır. Hərbi müstəvidə strateji təşəbbüsün Kiyevin əlinə keçməsi diplomatik müstəvidə də Rusiyanı müəyyən güzəştlərə vadar edə və yaxud da Rusiyanı özünü imperialist ambisiyalarının ən azı müəyyən hissəsindən imtina etməyə vadar edə bilər".


Siyasi şərhçi, həmçinin bildirib ki, ölkənin heç də hamısını zərərsizləşdirə bilmirlər:

 

"Düzdür, müəyyən hissəsi zərrərsizləşdirilir. Amma heç də hamısı zərərsizləşdirilmir və mən düşünmürəm ki, indi Rusiyanın təhlükəsizliyi sistemi yüksək səviyyədədir. Əksinə, təhlükəsizlik baxımından Rusiya artıq Ukrayna xalqında və Ukrayna hakimiyyətində müəyyən immunitet formalaşıb. Amma Rusiya üçün bu, gözlənilməz və ciddi təsir yaradan hadisə olub. Xalq, hakimiyyət  qarışıb bir-birinə, hamısı ajiotaj içindədir. Vaxtilə hakimiyyəti dəstəkləyən xalqın müəyyən hissəsi də getdikcə hakimiyyətin müharibə ritorikasını qınamağa başlayır. Bu tendensiya güclənəcək və siyasi əhəmiyyətə malik hədəflərdən düz  mütənasibdir. Hərbi sferada strateji təşəbbüs Ukraynanın əlinə keçdikcə bu özünü diplomatik müstəvidə də göstərəcək və artıq bu kimi addımlar Rusiyanı müəyyən güzəştlərə vadar edə bilər. Mən demirəm ki, Ukrayna tam diqtə edən tərəfə çevriləcək. Xeyr, bu mümkün deyil. Amma həm Rusiyanın, həm də ABŞ-nin, eyni zamanda, Avropanın mövqeyinə təsir göstərə bilərlər. Ümumiyyətlə, məncə, indi düyün nöqtəsi ABŞ və Avropanın fərqli mövqeləridir müharibə ilə bağlı. ABŞ üçün Ukraynanın taleyi əhəmiyyətli deyil, ABŞ müharibəni bitirmək istəyir nə olursa olsun. Avropa əksinə, müharibəni uzatmağa çalışır və Ukraynaya verilən direktivlər də fərqlidir. Belə olan halda əlbəttə ki, yəni biri tut, o birisi qaç deyirsə, Ukraynanın da iradəsi xeyli dərəcədə özünün əlində deyilsə, əlbəttə ki, müharibənin nə zaman, necə bitəcəyi ilə bağlı danışmaq çox çətindir".

 

Aişə Mustafayeva

#PUA #Rusiya #Ukrayna #müharibə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər