00:00:00
Yazar
Admin User
06.02.2015 09:36 768 1 dəq oxuma
Media

Moskvada "Məhəmməd Əmin Rəsulzadə" Ensiklopedıyası təqdim edildi

Moskvada tanınmısh tədqiqatcı-alim, tarix elmləri doktoru Nəsiman Yaqublunun rus dilində "Məhəmməd Əmin Rəsulzadə" Ensiklopediyası nəşr edilib. Ensiklopediya Rusiyanın "Maska” nəşriyyatı tərəfindən cap olunub
Moskvada "Məhəmməd Əmin Rəsulzadə" Ensiklopedıyası təqdim edildi
Moskvada tanınmış tədqiqatcı-alim, tarix elmləri doktoru Nəsiman Yaqublunun rus dilində "Məhəmməd Əmin Rəsulzadə" Ensiklopediyası nəşr edilib. Ensiklopediya Rusiyanın "Maska” nəşriyyatı tərəfindən cap olunub.
 
Bu münasibətlə Moskvadakı "Umumrusiya Azərbaycanlıları Konqresi"nin binasında təqdimat mərasimi kecirilib. Tədbirdə 100 nəfərə qədər Rusiya və Rusiyada yaşayan Azərbaycan ictimaiyyətinin numayəndələri, alimlər, tədqiqatcılar və media mənsublari iştirak ediblər. 
 
Tədbiri ilk olaraq, Moskvadakı "Məmməd Əmin Rəsulzadə" Məclisinin sədri Fizuli Fərəcov acaraq, ensiklopediyanin rus dilində nəşrinin əhəmiyyətindən və Rusiya ictimaiyyəti üçün vacibliyindən danışıb. 
 
Bundan sonra ensiklopediyanın müəllifi N.Yaqublu cıxış edərək, kitabın nəşrinə dəstək olan F.Fərəcova, "M.Ə.Rəsulzadə Məclisi"nin təmsilcilərinə və təqdimata şərait yaratmış konqresin sədri İ.Hacıyevə təşəkkurlərini bildirib. 
 Xatırladaq ki, kitabın redaktor Ayaz Musayev, rəssamı isə Rəis Rəsulzadədir
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər