00:00:00
Yazar
Admin User
30.12.2025 04:36 81 1 dəq oxuma
Dünya

Mərkəzi Kəşfiyyat İdarəsi Venesueladakı obyektə dronla zərbə endirib

Mərkəzi Kəşfiyyat İdarəsi Venesueladakı obyektə dronla zərbə endirib

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dekabr ayında Venesuela sahilində narkotik qaçaqmalçılığında istifadə olunan limana zərbə endirib.

 

"İnformator.az" xəbər verir ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Venesueladan narkotik qaçaqmalçılığında istifadə olunan əraziyə zərbə endirildiyini təsdiqləyib, lakin hücuma məruz qalan obyektin dəqiq yerini açıqlamayıb.

 

Nəşrin mənbələrinin sözlərinə görə, MKİ Bolivar Respublikasının sahilindəki uzaq limana pilotsuz aparatla zərbə endirib. Hücum zamanı obyektdə insanlar olmayıb, nəticədə liman burada lövbər salmış gəmilərlə birlikdə məhv edilib. Kəşfiyyat məlumatlarının əldə olunmasında ABŞ-nin Xüsusi Əməliyyat Qüvvələri dəstək göstərib.

 

Telekanalın qeyd etdiyinə görə, bu zərbə "böyük dərəcədə simvolik xarakter daşıyırdı", lakin Venesuela ərazisindəki obyektə hücumun həyata keçirilməsi faktı "ABŞ ilə Venesuela Prezidenti Nikolas Maduro arasında gərginliyin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər".

 

26 dekabrda Tramp WABC radiostansiyasına müsahibəsində iki gün əvvəl ABŞ-nin "narkotik qaçaqmalçılığı üçün istifadə olunduğu güman edilən böyük zavod və ya obyektə" zərbə endirdiyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər