Məşhur aktyor Frederik Forrest vəfat etdi
Oskar mükafatı almış “Apocalypse Now” filmindəki “Şef” obrazı ilə yadda qalan məşhur aktyor Frederik Forrest dünyasını dəyişib.
İnformator.az xaricə KİV-ə istinadən xəbər verir ki, Forrestin ölümünü "Rose" filmindəki rol yoldaşı Bette Midler sosial şəbəkə hesabında elan edib.
O paylaşımında, “O, görkəmli aktyor və gözəl insan idi. Şanslıyam ki, həyatımdan onun kimi biri keçib” deyə qeyd edib.
Xatırlaqdaq ki, Frederik Forrestin 86 yaşı var idi.
