00:00:00
Yazar
Admin User
20.08.2025 13:46 121 1 dəq oxuma
İdman

Məşhur futbol klubu müflis olub

Məşhur futbol klubu müflis olub

Fransanın "Ayaçço" futbol klubu iflas proseduruna başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

 

Qeyd olunub ki, avqustun 18-də komanda Ayaçço Şəhər Məhkəməsinə müflis olduğu ilə bağlı müraciət edib. 180 əməkdaş klubdan çıxarılacaq, təlim mərkəzi isə bağlanacaq. Xatırladaq ki, avqustun 13-də Fransa Futbol Federasiyası (FFF) 2024/25 mövsümündə Liqa 2-də 12-ci yeri tutan "Ayaçço"nun bütün milli yarışlardan kənarlaşdırıldığını açıqlayıb. Klub üçüncü diviziona müraciət edə biləcəyinə ümid edir, lakin FFF-nin qərarından apellyasiya şikayəti vermək üçün bir neçə yüz min avro toplamalıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər