Məşhur futbolçunu məcburi müharibəyə aparıblar
Kiyev Dinamo”sunun və Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Denis Qarmaş Ukrayna Silahlı Qüvvələrinə səfərbər edilib.
"İnformator.az" "Publika.az"a istinadən xəbər verir ki, Ərazi İşə Qəbul Mərkəzi (TRC) futbolçunun zorla saxlanılması və ondan rüşvət tələb olunması barədə xəbərləri təkzib edib.
Qarmaş şəxsi məlumatlarının yoxlanması üçün rayon polis mərkəzinə aparılıb. Onun nə möhlət, nə də səfərbərlik azadlığı olub. Hərbi tibbi müayinədən keçdikdən və işə qəbulçılarla məsləhətləşdikdən sonra Qarmaş Ukrayna Silahlı Qüvvələrinin bölməsində xidmət etmək qərarına gəlib.
