Məşhur teleaparıcı vəfat etdi
Türkiyənin məşhur aktyor və teleaparıcısı Kənan İşıq vəfat edib
İki il öncə idman zalında yıxılaraq, beyin qanaması keçirən İşıq bu gün səhər saatlarında evində vəfat edib.
Qeyd edək ki, Kənan İşıq 2014-cü ilin mart ayında getdiyi idman zalının hamamından çıxarkən ayağı sürüşmüş və yıxılaraq başından ciddi zərbə almışdı.
