00:00:00
Yazar
Admin User
07.11.2025 17:58 98 2 dəq oxuma
İdman

Məşq proseslərinin modernləşməsi

Məşq proseslərinin modernləşməsi

Müasir futbol artıq təkcə istedad və fiziki hazırlıqla müəyyən olunmur. Komandaların uğuru analitika, texnologiya və elmi yanaşma ilə formalaşır. Məşq proseslərinin modernləşməsi performansın ölçülməsi, zədələrin qarşısının alınması və oyun üslubunun inkişafı üçün əsas faktora çevrilib. Bu müsahibə müasir məşq sistemində tətbiq olunan yeniliklərin futbolçulara və ümumi oyuna təsirini araşdırmağa yönəlib.

 

Mövzu ilə bağlı " İnformator.az"a açıqlamasında jurnalist, keçmiş futbolçu Ağa Dadaşzadə bildirib ki, müasir futbolda məşq sistemləri ən vacib məqamlardan biri bu gün budur ki, bütün taktiki gedişlər artıq məlumdur:

 

"Metodları var, xüsusən də məşqçilər kateqoriyalarında burada demək olar ki, bütün dərslər keçirilir. Ancaq son məşqlərdə biz görürük ki, müasir texnologiyalardan istifadə olunur. Mən düşünürəm ki, bu futbola yenilik gətirib. Futbolçuların daha da peşəkar və aktiv qüvvəyə malik olması üçün əsas addımlardan biridir. Artıq Azərbaycanda bəzi klublar əsas "Qarabağ" bu metodlardan yavaş-yavaş istifadə edir. Analtik göstəricilərin məşq qərərlarına təsiri-məşq bir başqa, oyun bir başqadır. Məşq də belə çatışmayan cəhətlər üzərində hazırlaşırsan, müəəyən gedişatlar edirsən. Ancaq oyun tamam başqadır-rəqiblərin fərdi sualına baxır, təcrübəsinə baxır. Amma ümumi olaraq məşqdə bu düşünəcələr-analtik proqramı nə qədər genişləndirə bilsə, oyun zamanı kamandalara və futbolçulara köməklik göstərir. Gələcəydə düşünürəm ki, bütün məşq proseslərində elmi praktika artıq var. Bundan sonra ki, artıq müasir texnologiyaların artmasıdır, yayılmasıdır. Yaxın zamanda fiziki hazırlıq proramı, çatışmayan cəhətlər və fərdi sualdan sırf müasir texnologiyalardan istifadə olunacaq. Yaxın müddətdə biz böyük dəyişiklik görəcəyik. Yavaş-yavaş addımlar atırıq. Yanlız Azərbaycan futbolundan getmir söhbət, inkşaf etməkdə olan ölkələrin futbolundan gedir söhbət. Futbol elə bir idman növüdür ki, bu idman növü şahmat növü kimidir. Nə qədər beyin işdəsə, bir o qədər uğur qazanmaq olar. Sırf müasirlik və müasir texnologiyaya çoxda bel bağlamaq olmaz".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər