00:00:00
Yazar
Ayan Sadi
03.11.2026 21:52 41 2 dəq oxuma
Gündəm

Əmtəə bazarlarında qızıl ucuzlaşır 

 

Əmtəə bazarlarında qızıl ucuzlaşır

Dünya əmtəə bazarlarında qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Qiymətlərin aşağı düşməsinə təsir edən amillər və bu prosesin dünya iqtisadiyyatına mümkün təsirləri maraq doğurur.

 

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, qızılın ucuzlaşması iqtisadiyyatın müxtəlif sahələrinə fərqli istiqamətlərdə təsir göstərir və bu, heç də həmişə mənfi xarakter daşımır. Hazırda qızılın qiymətinin aşağı düşməsinin əsas səbəblərindən biri dünyada neft qiymətlərinin bahalaşmasıdır.

 

 

“Neft qiymətlərinin bahalaşması inflyasiyanın yüksəlməsi riskini artırır. İnflyasiyanın artması isə ABŞ Mərkəzi Bankının faiz dərəcələrini sərtləşdirməsi ehtimalını yüksəldir. Nəticə etibarilə, bu amillər qızılın qiymətinin aşağı düşməsinə səbəb olur”. 

 

 

Xalid Kərimlinin sözlərinə görə Qızılın qiyməti dövlət istiqrazlarının gəlirləri və dolların dəyəri ilə tərs mütənasibdir.

 

 

“Əgər kimsə qızılı ehtiyat kimi daha baha qiymətə alıbsa, qiymətlərin ucuzlaşması onun ehtiyatının bazar dəyərinin azalmasına səbəb olur. Qızıl idxal edən ölkələrdə və zərgərlik bazarlarında isə qızılın ucuzlaşması qızıl məhsullarının qiymətinin də aşağı düşməsinə gətirib çıxara bilər”. 

 

 

İqtisadçı qeyd edir ki, Qızıl hazırda ucuzlaşsa da, qiyməti hələ yüksək olaraq qalır. Lakin ucuzlaşma davam edərsə, bu, qızıl hasilatına da mənfi təsir göstərə bilər. Çünki qızıl hasilatı ilə məşğul olan şirkətlər hasilat və satış qərarlarını bazar qiymətlərinə uyğun verirlər.

 

 

“Qızılın qiymətinin ucuzlaşmasına neftin bahalaşması, inflyasiya gözləntilərinin artması və üçüncü rübdə tələbin azalması təsir göstərib. Bazarın ümumi prinsipi belədir: qiymətlər yüksəldikdə alışa maraq artır, aşağı düşdükdə isə alış həcmi azalır. Belə ki, üçüncü rübdə ikinci rüblə müqayisədə qızılın fiziki alış həcmi qlobal miqyasda azalıb. Bu da qiymətlərin ucuzlaşmasına təsir edən amillərdən biridir”. 

 

 

Aynur Əhmədli

#gündəm #ucuzlaşır #azərbaycan #bazarlarında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər