00:00:00
Yazar
Admin User
13.07.2015 04:33 927 1 dəq oxuma
Media

Mətbuat Şurası Əbülfəs Qarayevi mükafatlandırdı

Əbülfəs Qarayev “Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə” təltif edidi
Mətbuat Şurası Əbülfəs Qarayevi mükafatlandırdı

Azərbaycan Milli Kitabxanasında “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən konfransda Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi MŞ adından “Azərbaycanda informasiyalı cəmiyyət quruculuğundakı xidmətlərinə görə” təltif edib.

Konfrans Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin 6 iyun 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı”na əsasən Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər