00:00:00
Yazar
Admin User
22.01.2016 13:02 879 1 dəq oxuma
Media

MTRŞ ANS-in “Hesabat” proqramının yayımını dayandırıb

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib
MTRŞ ANS-in “Hesabat” proqramının yayımını dayandırıb

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Şuradan İnformator-a verilən məlumata görə, iclasda ANS televiziyası tərəfindən \"Televiziya və radio yayımı haqqında\" qanunun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb.

ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alnaraq, “Televiziya və radio yayımı haqqında” qanunun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər