00:00:00
Yazar
Ayan Sədi
28.04.2026 16:42 17 2 dəq oxuma
Media

“Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü” adlı tədbir keçirildi

“Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü” adlı tədbir keçirildi

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində “Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü” adlı tədbir keçirilib.

Tədbirin açılışını fakültənin dekan müavini Samir Mirzəyev edərək iştirakçıları salamlayıb və görüşün əhəmiyyətindən danışıb. Daha sonra sözü Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədliyə verib.

Cahangir Məmmədli çıxışında qonaq Könül Bünyadzadənin kitablarından, elmi yaradıcılığından və fəlsəfi baxışlarından bəhs edib. O, Könül xanımın həm fəlsəfə, həm də media sahəsindəki fəaliyyətinin tələbələr üçün nümunə olduğunu vurğulayıb.

 

Tədbirdə çıxış edən Könül Bünyadzadə fəlsəfə və “dördüncü hakimiyyət” hesab olunan media arasında olan əlaqələrdən danışıb. O, filosofların və alimlərin bu mövzuda söylədiyi fikirləri tələbələrlə bölüşərək, fəlsəfi düşüncənin mediada necə təzahür etdiyini izah edib.

Qonaq xüsusilə gerçəklik anlayışı üzərində dayanaraq, obyektiv və subyektiv gerçəklik haqqında geniş məlumat verib. Könül xanım tərs piramida üzərində müxtəlif hərflər qeyd edərək gerçəkliyin qatlarını izah edib və bu anlayışın media ilə əlaqəsini diqqətə çatdırıb.

Daha sonra fəlsəfənin mediaya nə verdiyi haqqında maraqlı müzakirələr aparılıb. O, müxtəlif nümunələr gətirərək fəlsəfənin mediaya düşüncə dərinliyi, analiz bacarığı və obyektiv yanaşma qazandırdığını bildirib.

 

Tədbirdə söz Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovaya verilib. O, Könül Bünyadzadə ilə tanışlıq hekayəsindən danışaraq, bu tanışlığın onun yaddaşında xüsusi yer tutduğunu qeyd edib. Xatirə Hüseynova həmçinin Könül Bünyadzadənin qardaşı, şəhid Ülvi Bünyadzadənin həyat yolundan da bəhs edib.

 

Daha sonra Cahangir Məmmədli də Könül Bünyadzadə ilə bağlı tanışlıq xatirələrini bölüşüb və onun şəxsiyyətindən, ziyalılığından söz açıb.

 

Tədbirin sonunda tələbələrlə qonaq arasında qarşılıqlı söhbət aparılıb, tələbələrin sualları cavablandırılıb və görüş səmimi müzakirələrlə yekunlaşıb.

 

Aişə Mustafayeva

#xəbər #“müasir #təzahürü” #tədbir #keçirildi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər