00:00:00
Yazar
Səadət Əlizadə
10.04.2026 18:09 26 1 dəq oxuma
Media

Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib

Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkələr arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə Çin Xalq Respublikasına səfər edib.

 

Bu barədə “İnformator.az"a nazirlikdən məlumat verilib.

 

Səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü" keçirilib.

 

Görüşdə ölkələri arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.

 

Tərəflər ötən il üçün müəyyən edilən hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə edib.

#xəbər #çinə #nümayəndə #müdafiə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər