00:00:00
Yazar
Elmira Ağayeva
19.06.2026 20:17 156 2 dəq oxuma
Siyasət

Müharibənin ən gərgin mərhələsi indi başlayır”- ŞƏRH

“Müharibənin ən gərgin mərhələsi indi başlayır”- ŞƏRH

“Rusiya hücumlara cavab olaraq Ukraynadakı hədəflərə müntəzəm kütləvi zərbələr endirəcək”.


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a  açıqlamasında bildirib ki, Ukrayna və Rusiya arasındakı müharibə uzun müddətdir ki, davam edir:


“Müəyyən danışıq cəhdləri olsa da savaşın bitirilməsi üçün real addımlar atılmır. Burada Qərbin də mövqeyi birmənalı deyil. Çünki Rusiyaya qarşı belə bir müharibəni fürsət kimi dəyərləndirib istifadə edən dövlətlər var. Eyni zamanda, Rusiya özünü Qərbdən qoruduğunu əsas gətirir. Avropanın təchiz etdiyi silahlarla Ukrayna son günlərdə Rusiyaya qarşı hücumlar təşkil edir və əsasən paytaxt ərazisini hədəf alır. Təbii ki, Rusiya da müdafiə mövqeyində qala bilməz və əks hücumlar təşkil edəcək. Lakin ümumilikdə Rusiya müharibənin davam etməsində maraqlı görünmür. Çünki artıq iqtisadi, hərbi yöndən ölkəyə bu müharibə ciddi zərər vurur, əlavə təhlükə risklərini artırır. Lakin Ukrayna və Qərb tərəfi Rusiya üzərində üstünlük əldə etdikdən sonra razılığa gəlməkdə maraqlıdırlar. Bu isə hələ mümkün olmayıb. Müharibə balanslı şəkildə davam edir. Üstünlük müəyyən vaxtlarda dəyişir. Lavrovun bu açıqlaması göstərir ki, hərbi əməliyyatlar genişlənəcək və Rusiya bu hücumlara cavab verəcək. Rusiyanın geri çəkiləcəyi yaxud kompromisə gedəcəyi hələ ki, görünmür. Əksinə, əgər vəziyyət gərginləşərsə nüvə silahından belə çəkinmədən istifadə edə bilər. Qərb uzunmüddətli müharibə ilə Rusiyanı tükətmək planı üzərindən hərəkət edir. Rusiya böyük dövlətdir, onun potensialının tezliklə tükənəcəyini düşünmək sadəlövhlük olardı. Ukrayna üçün isə nəinki nəticə yoxdur, əksinə əraziləri itirilib, külli miqdarda ölkəyə ziyan dəyib. Ancaq sonuncu hücumlar göstərir ki, bu, Rusiyanı danışıqlar masasına məcbur etmək etmək üçün cəhdlərdir. Bu kimi hücumların nəticə verib verməməsi isə qarşı tərəfin cavabından asılıdır. Əgər Lavrov belə bir açıqlama veribsə demək cavab diplomatik yox, hərbi yöndən olacaq. Deyə bilərik ki, bu müharibə daha gərgin və qızğın mərhələsinə daxil olur”.


Nuray Əliyeva

#Rusiya #Ukrayna #müharibə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər