00:00:00
Yazar
Güllər Gülhüseynova
08.07.2026 16:34 26 1 dəq oxuma
Dünya

Multimedia

"The National Interest": Aİ Cənubi Qafqazda sülhlə bağlı niyyətinin ciddiliyini təsdiqləməlidir

Multimedia "The National Interest": Aİ Cənubi Qafqazda sülhlə bağlı niyyətinin ciddiliyini təsdiqləməlidir

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh tərəfdarı kimi öz niyyətinin ciddiliyini təsdiqləməlidir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The National Interest" saytında dərc olunan məqalədə bildirilib.

 

Məqalənin müəllifi qeyd edib ki, otuz ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsi ərzində Aİ sülh prosesində özünü vasitəçi kimi mövqeləndirib. Müəllifin fikrincə, lakin bir sıra hallarda Brüssel qərəzsiz vasitəçidən daha çox Ermənistanın müdafiəçisi rolunda çıxış edərək səhvlərə yol verib:

 

"Avropa İttifaqı Qafqazdakı maraqlarını müdafiə etməyə və ya qorumağa həvəssiz yanaşır. Bu zaman isə region onu etibarlı vasitəçi kimi görmür".

 

Materialda, həmçinin vurğulanıb ki, əgər Aİ həqiqətən regionda davamlı sülhə nail olmağa çalışırsa, onun rəhbərliyi rəsmi İrəvana təsir göstərməli, Ermənistan hökumətini konstitusiya islahatları aparmağa və əsas qanundan Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları çıxarmağa çağırmalıdır.

#baki #yeni #ciddiliyini #multimedia #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər