00:00:00
Yazar
Hüseynova Mələk
25.06.2026 19:36 19 1 dəq oxuma
Siyasət

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb

Muxtar Babayev BMT-nin Baş katibi ilə görüşüb

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

 

“İnformator.az” xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

 

"London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam", - o bildirib.

Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib:

"Həmçinin, iqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq".

#BMT #görüş #baş katib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər