00:00:00
Yazar
Admin User
31.01.2026 19:06 68 1 dəq oxuma
İdman

Məyus oldum, PSJ-yə qarşı oynamaq istəyirdim

Məyus oldum, PSJ-yə qarşı oynamaq istəyirdim

Qarabağ”ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasından sonra fikirlərini bölüşüb.

 

"İnformator.az" "Qol.az"a istinadən xəbər verir ki, o, bu haqda Fransanın “Le Fiqaro” qəzetinə danışıb.

 

"Şəxsən mən məyus oldum. Mən “Park de Prens”ə gəlib orada oynamaq istəyirdim. Mən fransızam və Çempionlar Liqasının hazırkı qaliblərinə (PSJ – red.) qarşı oynamaq çox maraqlı olardı. Bu, sadəcə mənim şəxsi fikrimdir. Bilmirəm, komanda yoldaşlarım da mənimlə razıdırmı (gülümsəyir)" - deyə o bildirib.

 

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər