00:00:00
Yazar
Admin User
20.12.2023 19:50 316 1 dəq oxuma
Sosial

Məzahir Pənahov - Görüş

Məzahir Pənahov - Görüş

Qarşıdan gələn seçkinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə addımlar atılır".- Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri ilə görüşdə belə deyib. 

 

Məzahir Pənahov bildirib ki, beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə əlaqələrə xüsusi əhəmiyyət verilir.

 

Beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı səviyyəyə yüksəlməsinə mühüm töhfələr verib. Sədr həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərində seçki məntələrinin yaradılması və səsvermənin təşkili barədə missiya nümayəndələrini məlumatlandırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər