Ən bahalı maşın sürən futbolçular
İnformator dünyanın ən bahalı avtomobillərinə sahib futbolçuların siyahısını təqdim edir.
10. Luiş Nani
”Lamborghini Gailardo LP 550-2” – 140 min funt-sterlinq
Sadəcə 250 ədəd istehsal olunan bu avtomobillərdən birini Luiş Nani əldə etməyi bacarıb.
9. Arda Turan
”Mercedes-Benz SLS AMG” – 145 min funt-sterlinq
Atketiko Madridin sol cinahında oynayan Türkiyəli futbolçunun qarajındakı bu maşın bahalı avtomobillər sırasındadır.
8. Didye Droqba
”Mercedes SL65-AMG” – 150 min funt-sterlinq
Keçmiş Çelsi futbolçusu bu avtomobili kolleksiyasına Qərbi Londonda oynadığı zaman əlavə edib. Avtomobil sıx məskunlaşmış şəhərlər üçün ideal vasitədir.
7. Ueyn Runi
”Aston Martin Vanquish S” – 150 min funt-sterlinq
Ueyn Runi Manetr Yunaytedin ən çox pul ödənilən furbolçularından biridir. Hətta o, ”Aston Martin Vanquish S”-in digər markalrını da almaq istəyir.
6. Cermeyn Pennant
”Chrome Aston Martin DBS” – 170 min funt-sterlinq
Karyerası boyunca 8 klubda oynayan Pennant aldığı maşının görüntüsü səliqəsiz boyama ilə məhv edib.
5. Frenk Lempard
”Ferrari 458” – 200 min funt-sterlinq
İngiltərənin ən varlı futbolçularından olan Lempardın maşın kolleksiyasının ən qiymətli parçası.
4. Obafami Martins
”N50M Lamborghini” – 250 min funt-sterlinq
Nyukasl Yunaytedin sabiq hücumçusu Obafami ən varlı Nigeriya idmançılarından biridir.
3. Devid Bekham
”Rolls Royce Phantom” – 350 min funt-sterlinq
Bekham 350 min funt sterlinq qiyməti olan maşınını 2013-cü ilin sonlarında 250 min funt sterlinqə satıb.
2. El Haci Diuf
“Mercedes-Benz SLR Mclaren” – 420 min funt-sterlinq
El Hacı Diof “ən çirkin futbolçular”ın siyahısında da yer tutur.
1. Kriştianu Ronaldo
”LaFerrari 2014 Model” - 2 milyon funt-sterlinq
Ronaldo 2014-cü ilin əvvəlində istehsal olunmuş Ferrarinin yeni modellərinin 199 alıcısı arasında yer tutur. Bu bir futbolçunun sahib olduğu ən bahalı avtomobildir. Baxmayaraq ki, onun satın alındığı, yoxsa Ferrari tərəfindən futbolçuya hədiyyə edildiyi məlum deyil.
