Növbəti seçkilərdə namizəd olmayacağam
Belarusun məndən sonrakı prezidenti fərqli siyasət yürüdəcək.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib:
“Çox istərdim ki, arxamca sağlam, normal bir insan gəlsin. Hətta etiraf edirəm ki, o, bir az fərqli siyasət aparacaq. Ancaq o, heç nəyi dərhal dağıtmasın, mənim etdiyim kimi: güclülərin çiyinlərinə, əlimizdə olana arxalanaraq, sakitcə, ölkəni təkamül yolu ilə inkişaf etdirsin. Beləliklə, inqilabi dağılma olmasın”
Belarus lideri əlavə edib ki, qarşıdakı seçkilərdə növbəti prezidentlik müddətinə namizədliyini irəli sürməyi planlaşdırmır.