00:00:00
Yazar
Admin User
25.08.2023 18:03 312 2 dəq oxuma
Sosial

"ƏN TEZ" XİDMƏTİ

"ƏN TEZ" XİDMƏTİ

  Xarici ölkəyə səfər edəcəyimiz anda hava limanında hər hansı bir sənədin əskik olduğunu və ya borcun olduğunu öyrənirsən. Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilən yeni xidmət sayəsində səfəri təxirə salmadan əskikləri düzəldə biləcəksiz.

  "ƏN TEZ" xidmətinin yaradılmasında məqsəd vətəndaşa bir çox ədliyyə xidmətlərindən vahid məkanda yararlana bilmək imkanı yaratmaqdır. Bunun üçün heç bir qeydiyyat və elektron imzaya ehtiyac yoxdur. Səyahət etmək arzusunda olan vətəndaşlar istədikləri xidmətdən yararlanmaq üçün köşkə daxil olurlar. Sonra bir toxunuşla operatorla əlaqə saxlayırlar. Lazımi xidmət barədə operatora məlumat verdikdən sonra şəxsiyyət vəsiqəsi oxuyucuya yerləşdirilir. Bütün məlumatlardan sonra bir neçə dəqiqə ərzində lazımi sənədi əldə etmək mümkündür.

  Ədliyyə Nazirliyinin Baş məsləhətçisi Zaur Həsənovun sözlərinə görə, səyahət edənlər vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası kimi bir çox ədliyyə xidmətlərindən də faydalana bilərlər. “Xüsusilə vurğulamaq istəyirəm ki, ölkəni tərk edən yetkinlik yaşına çatmamış şəxslərdən valideynlərin razılıq əraziləri tələb olunur. Vətəndaşlar hava limanında bəzi hallarda bu faktla üz-üzə qalmış olurlar. Həmin ərizənn alınması "Ən Tez" xidməti vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə əgər şəxsin ölkədən çıxışına hər hansı bir borca görə məhdudiyyət qoyulubsa, həmin məlumatı xidmət vasitəsilə əldə edə bilər. Yerindəcə həmin borcu ödəyərək dərhal avtomatlaşdırılmış qaydada məhdudiyyət aradan qalxdıqdan sonra ölkəni tərk edə bilər”.

   "Ən Tez" xidməti insanların sıx məskunlaşdığı daha bir neçə məntəqə və işğaldan azad olunmuş ərazilərdə də tətbiq ediləcək.

NƏRGİZ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər