00:00:00
Yazar
Admin User
29.09.2023 17:39 491 2 dəq oxuma
Sosial

Nə üçün kişilər qadınlara nisbətən daha az yaşayır?

Nə üçün kişilər qadınlara nisbətən daha az yaşayır?

Bu mövzuda ilk fikirlərdən biri kişilərin ağır iş şəraitindən erkən ölmələri idi. Mədəndə işləyən, torpağı becərən şəxsin bədəninə əlavə yük düşürdü və illər keçdikcə bunun təsirini görürdü. Ancaq problem bu idisə, kişi və qadınların oxşar şəraitdə işlədiyi bir vaxtda boşluq bağlanmalı idi.


Bununla belə, cəmiyyətdəki böyük dəyişikliklərə baxmayaraq, kişilər və qadınlar arasında gözlənilən ömür fərqi dəyişməz olaraq qalır. Məsələn, İsveçdə 1800-cü ildə orta yaş qadınlar üçün 33, kişilər üçün 31 idisə, bu gün müvafiq olaraq 83,5 və 79,5-dir. Beləliklə, hər iki halda qadınlar kişilərdən 5 faiz daha çox yaşayırlar. Qadınların kişilərdən daha uzun yaşamasının səbəbini bir çox amillərin birgə təsiri ilə izah etmək olar. İlk növbədə qadınların təbii olaraq daha möhkəm bir quruluşa sahib olduğu və immun sistemlərinin kişilərdən daha güclü olduğu düşünülür. Bundan əlavə, qadınlar daha sağlam qidalanma vərdişlərinə sahib olurlar və müntəzəm məşq etməkdə daha intizamlıdırlar.
Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, dünyada əhalinin ortalama ömür uzunluğu 2016-cı ildə 72 ilə bərabər olub.

 

Amma qadınlarla kişilərin ömür uzunluğu arasında fərq var - qadınlar üçün bu göstərici 74 il 2 ay, kişilər üçün isə - 69 il 8 aydır.


2010-cu ilin statistikasına əsasən, həmin ildə ABŞ-da yaşı 100-dən çox olan 53364 insan olub. Onlardan yalnız 9162 nəfər kişi olub, 44202 nəfər - qadın.


Görəsən, qadınların kişilərdən daha çox yaşamasının səbəbi nədir? Bu məsələni aydınlaşdırmaq üçün Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikirlərini öyrəndik.

 

Nə üçün qadınlar kişilərdən daha çox yaşayır?
- Bu statistika müxtəlif məsələlərdə fərqlidir. Yəni bəzi anoloji xəstəliklər qadınlarda daha çoxdur, bəzi xəstəliklər isə kişilərdə çoxdur. Amma ümumi statistikada kişilərin zərərli vərdişlərə daha çox aludə olması, siqaret çəkmək, alkoqolun aşırı qəbulu və ürək-damar xəstəliklərinin kişilərdə daha erkən baş verməsi və digər faktorlar buna səbəbdir. Lakin bu statistika müxtəlif ölkələrdə məhz ankologiyanın hesabına fərqlidir. Düşünürəm ki, insanların sağlamlaşdırılması istiqamətində tədbirlər görülməlidir. Kütləvi idman, az qida qəbulu, qida mədəniyyətinə yenidən baxılması və daha çox sağlam qidalanmağa meyl etmək və.s kimi sağlamlaşdırılma yönümlü tədbirlər görülməlidir ki, orta ömür müddəti uzansın".


Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər