Nabranda itkin düşən 3 yaşlı uşaq tapılıb
Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.
İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.
İnformator.az APA-ya istinadən xəbər verir ki, 3 yaşlı İsmayıl Novruzov istirahət mərkəzlərindən birinin ərazisində çayın kənarında aşkarlanıb.
Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparılıb. Tibbi müayinə zamanı onun hər hansı probleminin olmadığı məlum olub.
Bundan sonra azyaşlı valideynlərinə təhvil veriılib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun tapılması barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, uşaq axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.
