00:00:00
Yazar
Admin User
08.12.2018 08:23 1444 2 dəq oxuma
Sosial

Nadanlığın başqa bir təzahürü ekoloji nadanlıqdır

Dini nadanlıq insanları yalançı, təxribatçı və düşmən əqidələrə xidmət edən üzdəniraq din adamları arxasınca aparır.
Nadanlığın başqa bir təzahürü ekoloji nadanlıqdır
Dekabrın 5-də Prezident yanında “Bilik” fondunun təşkilatçılığı və İsmayıllı şəhər İcra hakimiyyətinin dəstəyi ilə İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində “Maariflənmə nadanlığa qarşı mübarizə aləti kimi” mövzusunda mühazirələrsilsiləsindən birinci tədbir  keçirilib.
 
Tədbiri İsmayıllı rayon icra hakimiyyətinin nümayəndəsi Murad Məhərrəmov açaraq, müasir dövrümüzdə nadanlığın yaranma səbəbləri və cəmiyyətə vurduğu ziyanlatr haqda danışıb.
 
Mühazirəçi “Etnoqlobus” Beynəlxalq onlayn araşdırma mərkəzinin direktoru  Gülnara İnanc  çıxışında nadanlığın cəmiyyətdə təzahür edən formalarından danışıb.  Lektor qeyd edib ki, Insanın yaşı artdıqca onun dünyada, cəmiyyətdə, elmdə baş verənlər haqda  bilikləri artmasa və bunun nəticəsində hadisələrə münasibəti dəyişməsə o, deqradasiya etməyə başlayır.
 
Buna gərə də kitab qiraəti, ədəbi və mədəni hadisələrin müzakirəsi insanların şüurunu genişləndirir, nitqini səlis edir, intellekti və strateji ağlı gücləndirir.
 
Mütaliə internetdə yayılan yalan xəbərlərə düzgün reaksiya formalaşdırır.
Nadanlığın Azərbaycan  cəmiyyətində təzahür formaları sirasında bəzi hallarda  ənənələrin günümüzə uyğunlaşmayan şərtlərinin davam etdirilməsi müşahidə olunur. Bunların sırasında qız uşaqlarının təhsildən yayınması , qohumlar arasında və erkən evlilik.
“Qız uşaqları gələcəkdə ana olacağı və övlad  tərbiyə edəcəyi  üçün  onun savadlı və dünyagörüşünün zəngin olması vacibdir. Digər tərəvdənsə yetkinlik yaşına çatmamış qızların ana olması həm onların özünü, həm də uşağın həyatı üçün təhlükəlidir. Qohumlar arasında evlilikdən doğulan uşaqlar arasında ağır sağalmayan qan və isri xəstəliklərin uşaqlarda özünü göstərmək riski yüksəkdir”.
 
Nadanlığın başqa bir təzahürü ekoloji nadanlıqdır. Vətəndaş zibilini küçəyə atır, küçədə zibil qabından istifadə etmir, təbiətə ziyan vurur, ağaçları qırırsa, bu, cəhalətin təzahürüdür. Müasir psixologiyada şüurun ekologiyası sahəsi inkişaf edir. Yəni insan pis fikirləri və emosiyaları ilə həm özünə, həm də ictimai şüura ziyan vurur.
 
Dini nadanlıq insanları yalançı, təxribatçı və düşmən əqidələrə xidmət edən üzdəniraq din adamları arxasınca aparır. Buna görə də dinin elmi əsaslarla öyrənilməsi vacibdir.
 
Mövzu ətrafında İsmayıllı rayon təhsil şöbəsinin nümyəndəsi Sevda İsmayılova, İcra hakimiyyətinin nümayəndələri Əhməd Əhmədov və Nəsimi Teymurov, müəllimə Fəxrəndə Rüstəmova, Kolec tələbəsi Sevinc Qəhrəmanova, İsmayıllı şəhər “Bilik” evinin rəhbəri Sevinc  Novruzova çıxış ediblər.
İsmayıllı şəhər 1 saylı tam orta məktəbin müəlliməsi Pərvanə Məmmədova 11-ci sinif şagirdləri Günel Kərəmli və Şahanə Muradovanın “erkən nigahlar”, “pis vərdişlər”  mövzusunda hazırlayıb təqdim etdikləri prezentasiyalar haqda danışıb.
Mühazirə müzakirələrlə davam edib.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər