Nadir hantavirus ştamı səhiyyə orqanlarını narahat edir
Əczaçı və səhiyyə məsələləri üzrə şərhçi Torrun Qovindin sözlərinə görə, nadir hantavirus ştamının ortaya çıxması ilə bağlı yaranan ictimai səhiyyə problemi mürəkkəb xarakter daşıyır. O, “ANewZ Daybreak” proqramına bildirib ki, vəziyyəti çətinləşdirən amillərdən biri müxtəlif millətlərdən olan insanların prosesə cəlb olunması və sərnişinlərin təhlükəsiz şəkildə geri qaytarılması zərurətidir.
Qovind deyib: “Geniş ictimaiyyət üçün risk aşağıdır. Lakin biz insandan insana keçdiyi bilinən hantavirus ştamı ilə qarşı-qarşıyayıq. Bu isə xüsusilə insanların qapalı mühitdə yaxın təmasda olduğu hallarda ciddi çətinlik yaradır”.
Söhbət Andes adlı virus ştamından gedir. Bu ştam nadir rast gəlinsə də, ciddi təhlükə yaradır və səhiyyə orqanları üçün əsas narahatlıq mənbəyi yaxın təmas olaraq qalır.
ANEWZ
Lalə Qurbanlı