00:00:00
Yazar
Admin User
18.07.2023 13:11 329 2 dəq oxuma
Sosial

Naməlum qəbirli alim - Vəli Xuluflu

Naməlum qəbirli alim - Vəli Xuluflu

Vəli Məmmədhüseyn oğlu Xuluflu - 1894-cü il 26 mayda Şəmkir rayonunun Xuluf kəndində doğulub. Qısa ömrünü Azərbaycan xalqının tarixini və ədəbiyyatını araşdırmağa həsr edən professor düşmən xislətinin qurbanı olub. Xuluflu həyat yoldaşı Fatma Xuluflunun müraciəti əsasında 26 sentyabr 1957-ci ildə bəraət alıb. Lakin mərhum alimin qəbri naməlum olaraq qalır.

 

Vəli Xuluflu haqqında hökumət və dövlət rəhbərlərinə qarşı terror cəhdləri, bölgələrdə silahlı üsyanların təşkili kimi bir sıra uydurma ittihamlar irəli sürülür. Ağır işgəncələrdən sonra gənc professor deyilənlərlə razılaşmalı olur. Bununla da xuluflular ailsənin çətin günləri başlayır. Filologiya elimləri üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov deyir ki, özündən sonra böyük irs qoyan 43 yaşlı Vəlinin haqqında cəmi 20 dəqiqə ərzində ölüm hökmü çıxarılır. Məhkəmədən bir gün sonra 1937-ci ilin 13 oktyabrında sovet əsgərlərinin açdığı atəş nəticəsində həyatla vidalaşır. Vəli Xuluflunun cavabı isə bir mənalı olur. “Sizin kimi qorxaq millət heç vaxt Koroğlu kimi igid, qəhrəman oğul yetişdirə bilməz. Siz elə bilməyin ki, sasunlu davidiniz təmiz qanlı ermənidir, yox, onun qanı başqa millətin qanı ilə qarşıb”. Məhəmməd Məmmədovun sözlərinə görə, Vəli Xuluflu "Səlcuq dövlətinin tarixi quruluşuna dair" adlı kitabında Səlcuq türk dövlətinin tarixini araşdırıb. Bununla yanaşı o vahid türk əlifbasının yaradılması ideyasını irəli sürən ilk ziyalılardan olub. Xuluflu bunun üçün bir sıra türk dövlətlərinə səfərlər də edib. Eyni zamanda kəndbəkənd ölkəni gəzərək şifahi xalq ədəbiyyatı nümunələrini toplayıb kitab halında çap etdirib.

Qasım

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər