“Napoli” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
" "Napoli" bizim üçün 2480 nəfərlik yer ayırıb, amma məndə tərəddüd var ki, yerlər tam dolmayacaq".
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, bizə ayrılan biletlər tam alınmayacaq:
"Oyun Romada olsaydı, İtaliyanın paytaxtında bizim bir çox tələbələrimiz var. Tələbələrimiz gələrdilər. Amma Napoli şəhəri bir az uzaqdır. Yəqin ki, daha çox Avropanın digər şəhərlərindəki həmyerlilərimiz, həmvətənlərimiz oyuna gələcəklər. Amma kaş 2480 nəfərlik yeri doldura bilək. Oyuna gəldikdə isə, əlbəttə, çox çətin keçəcək. Onların yaxşı atmosferi var, orada italiyalı azarkeşlər bizim komandaya böyük təzyiq edəcək".
Zəhra Möhübbətova
