NASA Ay səthində nüvə reaktoru qurmağı planlaşdırır
NASA və ABŞ Enerji Nazirliyi Ay səthi üçün nüvə parçalanma (fisyon) reaktoru hazırlamaq planlarını bir daha təsdiqləyib.
Kosmik agentliyin açıqlamasına görə, iki qurum obyektin hazırlanması və Yer üzərində sınaq mərhələlərini 2030-cu ilə qədər tamamlamanı hədəfləyir.
Layihələndiriləcək reaktor planlaşdırılan Ay missiyaları üçün illərlə fasiləsiz enerji təmin edəcək və Yer kürəsindən daimi yanacaq tədarükünə olan ehtiyacı aradan qaldıracaq.
NASA-nın rəhbəri Cared Ayzekman bildirib:
“Bu razılaşma, kosmosun tədqiqində qızıl dövrü başlatmaq üçün zəruri imkanları təqdim etmək məqsədilə NASA ilə Enerji Nazirliyi arasında daha sıx əməkdaşlığı təmin edir”.
TRT XƏBƏR
Lalə Qurbanlı
