00:00:00
Yazar
Admin User
16.06.2023 17:57 355 1 dəq oxuma
Sosial

NASA -dan xəbərdarlıq: Fəlakətlər artacaq

NASA -dan xəbərdarlıq: Fəlakətlər artacaq

NASA elm adamlarının apardığı araşdırmaya görə iqlim böhranı sürətləndikcə fəlakətlər də artacaq.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatın aparıcı müəllifi Metyu Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına baxaraq, Yer kürəsində su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib.

 

Araşdırma çərçivəsində 505 ekstremal yağış hadisəsi və 551 ekstremal quraqlıq hadisəsi araşdırılıb. Bu hadisələrin təxminən 70 faizi altı ay və ya daha az, təxminən 10 faizi isə bir ildən çox davam edib. Son 20 ildə həm quraqlıq, həm də daşqınlar artıb. Buna səbəb qlobal temperaturun rekord səviyyəyə yüksəlməsi olub.

 

Qeyd edək ki, elm adamlarının sözlərinə görə, iqlim böhranı sürətləndikcə bu cür fəlakətlər də artacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər