00:00:00
Yazar
Admin User
02.04.2025 12:03 317 1 dəq oxuma
Maraqlı

NASA-nın "Günəş Sondası" rekordu yenidən təkrarladı

NASA-nın "Günəş Sondası" rekordu yenidən təkrarladı

NASA-nın "Parker Günəş Sondası" 2024-cü ilin dekabrında qırdığı rekordu bir daha təkrarlayaraq Günəşin səthinə cəmi 6,1 milyon kilometr məsafəyə qədər yaxınlaşdı. Bu, insanın hazırladığı bir obyektin Günəşə indiyə qədər çatdığı ən yaxın nöqtə kimi qeydə alınıb.

 

Sonda bu müddət ərzində saatda təxminən 192 min kilometr sürətlə hərəkət edərək insan istehsalı bir obyektin indiyə qədər əldə etdiyi ən yüksək sürətə çatıb. Hər iki rekord ilk dəfə 24 dekabr 2024-cü ildə Parker qırıb və 22 mart 2025-ci ildə yenidən təkrarlanıb.
Mütəxəssislər Parker sondasının bu vəzifəni uğurla yerinə yetirməsinin əsas səbəbinin yüksək temperaturlara davamlı xüsusi istilik qalxanı olduğunu vurğulayıblar.

 

NASA-nın açıqlamasına görə, "Kosmik aparat 25 mart çərşənbə axşamı Johns Hopkins Tətbiqi Fizika Laboratoriyasındakı missiya nəzarət mərkəzi ilə əlaqə qurub. Göndərilən siqnallar sondanın vəziyyətinin yaxşı olduğunu və sistemlərinin normal işlədiyini göstərib" , - NASA bildirib.

 

Mənbə: TRT Haber
Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər