00:00:00
Yazar
Səadət Əlizadə
03.04.2026 20:31 22 1 dəq oxuma
Media

NASA-nın xərcləri 23% azaldılacaq

NASA-nın xərcləri 23% azaldılacaq

ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı planlaşdırır.


"İnformator.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev təqdim edilən 2027-ci maliyyə ili üçün ABŞ-nin federal büdcə layihəsində bildirilib.

 

Bundan əlavə, Beynəlxalq Kosmik Stansiyanın (ISS) maliyyələşdirilməsinin 1,1 milyard dollar azaldılması planlaşdırılır.

"Büdcə 2030-cu ildə ISS-in orbitdən təhlükəsiz şəkildə çıxarılması planlarını qoruyub saxlamaqla, kommersiya kosmik stansiyalarının sürətli inkişafını və yerləşdirilməsini prioritet olaraq müəyyən edir", - Ağ Evdən bildirilib.

#baki #gündəm #xərcləri #azaldılacaq #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər