00:00:00
Yazar
Admin User
01.06.2025 18:33 238 1 dəq oxuma
Dünya

NATO 2029-dan əvvəl Rusiya hücumuna hazır olmalıdır

NATO 2029-dan əvvəl Rusiya hücumuna hazır olmalıdır

Almaniya Silahlı Qüvvələrinin rəhbəri general Karsten Breuer BBC-yə açıqlamasında bildirib ki, NATO üzvləri 2029-cu ilə qədər, hətta ondan da əvvəl baş verə biləcək mümkün Rusiya hücumu ehtimalına qarşı hazırlıq görməlidir.

 

Onun sözlərinə görə, Rusiya hər il təxminən 1,500 əsas döyüş tankı və milyonlarla artilleriya mərmisi istehsal edir, bu da Qərbə yönəlmiş hərbi hazırlığın miqyasını göstərir. General həmçinin vurğulayıb ki, Ukrayna müharibəsi ilə bağlı fikir ayrılığı olsa da, NATO daxilində ümumi təhlükə anlayışı mövcuddur və Baltikyanı ölkələr ən həssas bölgələrdən sayılır. Gələcək sammitdə müdafiə büdcələri və təhlükəsizlik məsələlərinin əsas müzakirə mövzusu olacağı gözlənilir.

 

Selcan Əhmədli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər