NATO İraqdakı missiyada xidmət edən bütün personalı Avropaya təxliyə edib
NATO İraqdakı Missiyası (NMI) ilə bağlı yerləşmə planını dəyişərək ölkədəki bütün personalını Avropaya təxliyə edib.
NATO-dan yayımlanan yazılı açıqlamada, İraqdakı son NMI personalının bu gün etibarilə ölkədən ayrıldığı bildirilib.
Açıqlamada, Avropadakı Müttəfiq Qüvvələrin Ali Komandanı (SACEUR) general Alexus Grynkewich, “İraqdakı NATO personalının təhlükəsiz şəkildə təxliyəsinə dəstək verən İraq Respublikası və bütün müttəfiqlərə təşəkkür edirəm” ifadəsini işlədib.
Son olaraq qeyd olunub ki, NATO-nun İraq Missiyası (NMI) fəaliyyətini İtaliyanın Neapol şəhərindəki Birgə Qüvvələr Komandanlığından davam etdirəcək.
Qeyd edilib ki, döyüş missiyası olmayan NMI, İraqın daha dayanıqlı, şəffaf və inklüziv təhlükəsizlik qüvvələri və institutlar formalaşdırmasına dəstək verməyi hədəfləyir. Missiya həmçinin İraqın öz təhlükəsizliyini təmin etməsi, terrorla mübarizə aparması və DEAŞ-ın yenidən yaranmasının qarşısını almağa kömək etməyi məqsəd daşıyır.
TRT XƏBƏR
Lalə Qurbanlı