NATO müttəfiqlərin öhdəlikləri baxımından yenidən düşünülməlidir
ABŞ dövlət katibi və milli təhlükəsizlik üzrə müşavir Marko Rubio bildirib ki, Avropada hərbi potensialın zəifləməsi fonunda Şimali Atlantika Alyansının (NATO) müttəfiqlərin öhdəlikləri baxımından yenidən düşünülməsinə ehtiyac var.
Rubio bu fikirləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iclasında səsləndirib. “NATO müttəfiqlərin öhdəlikləri baxımından yenidən formalaşdırılmalıdır. Həmfikirlərimiz olan tərəfdaşlar müdafiə qabiliyyətinə malik olmalıdırlar. Problemin bir hissəsi Avropanın müdafiə imkanlarının aşınmasıdır”, -deyə o qeyd edib. Rubionun sözlərinə görə, “NATO çətiri”nin mövcudluğu Avropa ölkələrinə gəlirlərinin böyük hissəsini müdafiəyə deyil, sosial proqramlara xərcləmək imkanı yaradıb.
TASS
Nuray Əliyeva
