NATO ölkələrinin HDQ-i Norveç sahillərində təlimlərə başlayır
NATO-nun beş ölkəsinin Hərbi Dəniz Qüvvələri (HDQ) bazar ertəsi Norveçin qərb sahillərində 11 günlük "Arctic Dolphin 26" sualtı qayıqlara qarşı mübarizə təlimlərinə başlayır.
"İnformator.az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.
Manevrlər zamanı Arktika şəraitində sualtı qayıqların axtarışı və məhv edilməsi üzrə əməliyyatlar məşq ediləcək.
Təlimlərdə alyansa üzv ölkələrin sualtı qayıqları, gəmiləri, helikopterləri və sualtı qayıqlara qarşı təyyarəsi, həmçinin NATO-nun Birinci Daimi Dəniz Qrupunun gəmiləri iştirak edir.
Xüsusilə təlimlərə Norveçin freqatı və sualtı qayığı, Britaniya və Niderlandın sualtı qayıqları, habelə Almaniyadan bir sualtı qayıq və iki köməkçi gəmi cəlb olunub. Aviasiya komponenti isə Danimarka helikopterləri və Britaniyanın "P8" patrul təyyarəsi ilə təmsil olunur.
