NATO rəhbəri: "ABŞ İrana qarşı əməliyyat zamanı Avropadakı bazalardan 5 min uçuş həyata keçirib"
NATO-nun Baş katibi Mark Rutte bildirib ki, İrana qarşı hərbi əməliyyat zamanı ABŞ Avropadakı hərbi bazalardan təxminən 5 min uçuş həyata keçirib.
Financial Times qəzetinə müsahibəsində o qeyd edib ki, bu fakt Avropanın Vaşinqton üçün əsas hərbi müttəfiq olaraq qaldığını və ABŞ-nin güc proyeksiyasında mühüm rol oynadığını təsdiqləyir.
Rutte həmçinin bəzi hallarda avropalı tərəfdaşların ikitərəfli razılaşmaları tam yerinə yetirməməsi ilə bağlı ABŞ-də məyusluq olduğunu desə də, ümumi mənzərənin müsbət qiymətləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa ölkələrinin böyük əksəriyyəti üzərinə götürdüyü öhdəlikləri icra edir.
TASS
Mələk Hüseynova