NATO ərazimizdə nüvə silahı yerləşdirə bilər
Belə bir qərar qəbul edilərsə, Estoniya NATO-nun nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə icazə verə bilər.
"İnformator.az" xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Marqus Tsaxna deyib.
“Ərazimizdə nüvə silahının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarına uyğun olaraq zəruri hesab edərsə, məsələn, nüvə silahının ölkəmizdə yerləşdirilməsini istisna edən hər hansı doktrinamız yoxdur”, - Tsaxna bildirib.
