NATO Ukraynanın müdafiəsinə cəlb olunur?
ABŞ NATO-nu Ukraynanın müdafiəsinə cəlb etmək imkanını nəzərdən keçirmir.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
O xatırladıb ki, Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp Ankoricdə keçirdikləri görüşdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları ilə bağlı razılığa gəliblər. Uitkoff “Belə bir razılaşmanın şərtlərinə əsasən NATO-nun Ukraynanın müdafiəsinə cəlb olunacağı anlamına gəlirmi?” sualına mənfi cavab verib. "Mən bunu deməmişəm", - o vurğulayıb.