Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinə yeni müavini təyin edilib
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinə yeni müavini təyin edilib.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, müvafiq sərəncama əsasən Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər B.İsmayılov Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini vəzifəsində çalışıb.