Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib.
"İnformator.az" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevin sədrliyi ilə 2026-cı ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Baş naziri bildirib ki, 2026-cı ilin birinci rübündə muxtar respublikada həyata keçirilən islahatlar ümumilikdə müsbət nəticələr verib.
Qeyd olunub ki, hesabat dövründə ümumi daxili məhsul 383,6 milyon manat təşkil edib, real artım 4 faiz olub. Həmçinin əsas kapitala yönəldilən investisiyalar 29,2 faiz, sənaye məhsulu istehsalı 13,4 faiz, ixrac isə 38,5 faiz artıb. Diqqətə çatdırılıb ki, 2026-cı ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 104,5 milyon manat olmaqla, proqnoza 93,6 faiz əməl olunub. Büdcə xərcləri üzrə isə 110,9 milyon manatlıq ilkin plana qarşı 98,9 milyon manat icra olunub və icra səviyyəsi 89,2 faiz təşkil edib.