00:00:00
Yazar
Səadət Əlizadə
10.04.2026 19:52 22 1 dəq oxuma
Media

Naxçıvan Təhsil Nazirliyi ilə BP əməkdaşlıq sazişi imzalayıb

Naxçıvan Təhsil Nazirliyi ilə BP əməkdaşlıq sazişi imzalayıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb.

 


“İnformator.az” xəbər verir ki, imzalanma mərasimində çıxış edən Naxçıvan təhsil naziri Elxan Nəcəfov bildirib ki, BP ilə icra ediləcək bu əməkdaşlıq istedadlı şagirdlərin erkən aşkarlanması və onların beynəlxalq olimpiadalara hazırlanması üçün yeni imkanlar yaradacaq.

 


BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, saziş birgə fəaliyyət üçün möhkəm zəmin yaradaraq yerli ehtiyaclar və prioritetlər nəzərə alınmaqla, istedadlı şagirdlərə dəstək, tədris və öyrənmə imkanlarının genişləndirilməsi, eləcə də ümumi və peşə təhsili infrastrukturunun təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə imkan verəcək.

 

Sazişi Elxan Nəcəfov və Bəxtiyar Aslanbəyli imzalayıb.

#gündəm #yeni #baki #sazişi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər