00:00:00
Yazar
Aise Mustafayeva
25.09.2026 23:53 43 2 dəq oxuma
Gündəm

Naxçıvanda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

 

Naxçıvanda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “27 sentyabr – Milli yaddaşımızda əbədi yaşayan qəhrəmanlıq günü” mövzusunda tədbir keçirilib.

 

 

“İnformator.az” xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

 

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında həm qürur, həm də hüzn hissləri ilə xüsusi yer tutduğunu bildirib.

 

Qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının igid oğul və qızlarının göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımız işğaldan azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu Zəfərin əldə olunması yolunda canından keçən şəhidlərin xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad edilir.

 

 

Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər və sonrakı mərhələdə həyata keçirilən tədbirlər nəticəsində ölkənin suverenliyi tam bərpa olunub. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, Azərbaycan Bayrağı doğma torpaqlarda dalğalanır.

 

 

Daha sonra Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva və Vətən müharibəsi qazisi Hüseyn Məmmədov çıxış ediblər.

 

 

Çıxışlarda Vətən müharibəsində qazanılan Zəfərin xalqın həmrəyliyinin, Azərbaycan Ordusunun gücünün və dövlət-xalq-ordu birliyinin nəticəsi olduğu vurğulanıb. Şəhidlərin müqəddəs xatirəsinin daim yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğu bildirilib.

 

 

Həmçinin şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından, onların sosial rifahının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

 

Tədbir çərçivəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra Naxçıvan Dövlət Uşaq Teatrının hazırladığı “Zəfərə Gedən Yolda Anımın Səsi” adlı tamaşa təqdim olunub.

 

 

Sonda şəhid ailələri və qazilərlə xatirə şəkli çəkdirilib.

 

Tədbirdə şəhid ailələri, qazilər, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların əməkdaşları, Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Hərbi Kollecinin rəhbər heyəti və kursantları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Aişə Mustafayeva 

#azərbaycan #tədbir #olunmuş #keçirilib #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər