00:00:00
Yazar
Admin User
09.09.2025 14:08 109 1 dəq oxuma
İdman

Naxçıvanda idman qurğularının quraşdırılması davam edir

Naxçıvanda idman qurğularının quraşdırılması davam edir

Naxçıvan Muxtar Respublikasında əhalinin idman xidmətlərindən istifadəsini artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədilə açıq hava idman qurğularının yaradılması istiqamətində işlər davam etdirilir.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Dövlət Proqramına uyğun olaraq ötən il Naxçıvan şəhərinin müxtəlif ərazilərində ümumilikdə 8 açıq hava idman qurğusu istifadəyə verilib.

 

Bu prosesin əhatə dairəsi daha da genişləndirilir.

 

2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, artıq muxtar respublikanın şəhər və qəsəbələrində yeni açıq hava idman qurğularının inşasına başlanılıb. İlk olaraq Şahbuz şəhərində prosesə start verilib və müəyyən olunmuş ərazidə ilkin inşaat işləri aparılır.

 

Plana görə, cari ilin sonunadək bölgələr üzrə ümumilikdə 11 yerdə - 7-si şəhərlərdə, 4-ü isə qəsəbələrdə olmaqla sadə tipli açıq hava idman qurğularının istifadəyə verilməsi nəzərdə tutulur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər