00:00:00
Yazar
Admin User
14.09.2023 09:35 321 2 dəq oxuma
Sosial

NAZİRİN SÖZLƏRİNƏ MƏKTƏBLƏRİN REAKSİYASI

NAZİRİN SÖZLƏRİNƏ MƏKTƏBLƏRİN REAKSİYASI

  Məktəbli forması almağı son günə saxlayanlar arasında heç də hamısı arxayınlıqdan, vaxtsızlıqdan gecikmir. Pulsuzluqdan son günə qədər gözləməli olanlar da var.

  Bu yaxınlarda elm və təhsil naziri Emin Əmrullayev “Ala bilmirsə sosial cəhətdən elə valideynlərimiz var ki, bunu eliyə bilmir, bu halda təbii ki, onlar müraciət edə bilərlər müvafiq şəkildə məktəb rəhbərliyinə və yaxud da rayon təhsil idarəsinə. Aidiyyatı istehsalçılarla bizim belə bir korporativ sosial məsuliyyət çərçivəsində bir çox şəxslər var ki, belə valideynlərə kömnək etmək iqtidarındadır. Düşünürəm onlara kömək olunacaq” demişdi. Nazirin səsləndirdiyi bu fikir, maddi vəziyyəti aşağı olan bir çox ailələrin ürəyinə su səpmişdi. Övladına forma ala bilməyəcəyi halda məktəb rəhbərliyindən kömək istəyəcəyini düşünən valideynlər müraciət etdiklərini zaman əbəs yerə ümidləndiklərini görüblər.

 

İmkanı zəif olan ailə kimi əvvəlcə Bakıda fəaliyyət göstərən məktəblərə müraciət etdik. Cavabları olduğu kimi təqdim edirik. “Direktor neyləsin ona? Bizdə köməklik yoxdur”, “Vallah, biz siyahını vermişik. Bizdən sıyahı istəyiblər, amma hələ heçnə yoxdur”. Bölgə məktəblərindən də fərqli fikir eşitmədik. “O yalan söhbətdir. Rəsmi qərar yoxdur”, “Yox, ay xanım, elə bir şey yoxdur”. Forma tikilişi ilə məşğul olan müəssisələrdən isə deyildi ki, məktəblərdən, yaxud təhsil idarələrindən onlara hər hansı müraciət daxil olmayıb. Olsa belə, özəl şirkət kimi onlar yüksək məbləğdə kreditlə bu işi görürlər. Yardım yalnız şəhid və qazi övladları üçün nəzərdə tutulub.

SƏBİNƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər