Neft bahalaşıb
WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar artaraq 30,07 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar artaraq 30,07 dollar təşkil edib.
İnformator-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,19 dollar artaraq 31,05 dollar olub.
