00:00:00
Yazar
Aysel Mirzəyeva
14.02.2026 07:32 20 1 dəq oxuma
İdman

"“Neftçi” Varqasın yoxluğunu hiss etməyəcək” - ŞƏRH

"“Neftçi” Varqasın yoxluğunu hiss etməyəcək” - ŞƏRH

“Araz-Naxçıvan” ilə keçirilən oyunda ciddi zədə alan və ayağına tikiş atılan Freddi Varqas hələ də bərpa prosesini davam etdirir.

 

Mövzu ilə bağlı idman jurnalisti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “Neftçi” komandası, hesab edirəm ki, kompakt futbol oynayan komandadır:

 

“Yaxşı baş məşqçiləri var. Ona görə də, hesab etmirəm ki, vaxt itkisi olaraq mənfi təsir göstərsin və düşünürəm ki, bu komanda üçün pis amil olmayacaq, əksinə, komanda özünü daha da yaxşı toparlaya biləcək. Bundan başqa, Varqasın yoxluğunun oyun planına təsiri məsələsinə gəldikdə isə, “Neftçi” də yaxşı oyunçu çoxdur. Varqasın yoxluğunu əvəz edəcəklər. Komandanın hücum xəttinə baxdıqda isə, yaxşı hücum xətti var. Təcrübəli oyunçular var deyə biz hücum xəttindən müsbət uğurlar gözləyə bilərik. O ki qaldı, “Neftçi” son iki oyunda qalib gəlib. Komanda özünə yavaş-yavaş gəlir, toparlanır. Hesab edirəm ki, komanda yaxşı çıxış edə biləcək və növbəti xalları qazanacaq”.


Aytac İbrahimova

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər