00:00:00
Yazar
Zəri Bayramlı
01.05.2026 20:08 20 1 dəq oxuma
İdman

"Neftçi" 11 oyun sonra "Qarabağ"ı məğlub edib

"Neftçi" 11 oyun sonra "Qarabağ"ı məğlub edib

 

Misli Premyer Liqasında mövsümün ən yadda qalan hadisələrindən biri baş verib - “Sabah” tarixində ilk dəfə çempion olub. Digər diqqətçəkən məqam isə “Neftçi”nin uzun fasilədən sonra “Qarabağ” üzərində qələbə qazanması olub.

 

 

"Çempionluğu şərtləndirən başlıca amil, ilk növbədə, "Sabah"ın komanda olaraq gücüdür. Güclü kluba çevrilməsində isə uğurlu qış transferlərinin rolu xüsusi qeyd olunmalıdır". 

 

Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli " İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, "Sabah" nəyə qadir olduğunu indi beynəlxalq arenada göstərməlidir:

 

 

"İnanaq ki, klub ölkəmizi avrokubokda layiqincə təmsil edə biləcək. Daimi heç nə olmur - nə qələbə seriyası, nə məğlubiyyət - bu, haradasa, haçansa qırılmalıdlr. Bununla yanaşı, "Neftçi"nin oyununda müsbət dəyişiklikləri vurğulamaq lazımdır. Komanda gələn mövsümdə daha iddialı çıxış edəcək. Yalnız bu iki nəticə deyil, Azərbaycanı qitəmiqyaslı turnirdə ilk dəfə təmsil etmiş "Turan"ın da 32 ildən sonra avrokuboklara vəsiqə qazanması güc balansının coğrafiyasının genişləndiyini göstərir. İddialıların sayının artması isə çempionatda mübarizə gərginliyinin və onun fonunda azarkeş marağının artması anlamına gəlir".

 

 

Zəhra Möhübbətova

#baki #məğlub #azərbaycan #gündəm #sonra
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər