00:00:00
Yazar
Zəri Bayramlı
16.06.2026 22:34 26 1 dəq oxuma
İdman

"Neftçi" 2026/2027 mövsümünə hazırlıq planını açıqlayıb

"Neftçi" 2026/2027 mövsümünə hazırlıq planını açıqlayıb

"Neftçi"nin 2026/2027 mövsümü üçün hazırlıq planı müəyyənləşib.

 

"İnformator.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda iki mərhələdən ibarət təlim-məşq toplanışının birinci mərhələsini iyunun 20-dən 28-dək Bakıda - "Palms Sports" Futbol Mərkəzində keçəcək.

 

Toplanışın ikinci mərhələsi iyunun 29-dan iyulun 14-dək Sloveniyanın Moravske Toplitse şəhərində reallaşacaq. Yuri Vernidubun rəhbərlik etdiyi komanda bu mərhələdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar 2, 6, 10 və 13 iyul tarixlərində baş tutacaq. İyulun 2-dəki matçda rəqib Serbiya "Partizan"ı olacaq.

Yoxlama görüşlərinin başlama saatı və digər rəqiblər barədə daha sonra məlumat veriləcək.

#gündəm #xəbər #baki #hazırlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər